İdman · Futbolpress.az

Gəncə təmsilçisi ilk qələbəsini qazandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gəncə təmsilçisi ilk qələbəsini qazandı xəbəri üçün şəkil

Azərbaycanın “Gəncə” basketbol klubu FIBA Avropa Kubokunda cari mövsümün ilk qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, C qrupunun IV turu çərçivəsində Gəncə İdman Sarayında Portuqaliyanın “Sportinq” klubunu qəbul edən təmsilçimiz son saniyələri gərgin keçən qarşılaşmanı 69:67 hesablı üstünlüklə başa vurub.

Murad Dikmenin rəhbərlik etdiyi komanda bu zəfərlə avrokubokların qrup mərhələsindəki ilk uğuruna imza atıb.

“Gəncə” əvvəlki oyunlarda Yunanıstanın “Kolossos” (62:80) və Türkiyənin “Esenler Erokspor” (63:92) klublarına məğlub olmuş, Bolqarıstanın “Rilski Sportist” kollektivi ilə III tur qarşılaşması isə təxirə salınmışdı.

Gəncəlilər növbəti matçını noyabrın 4-də Rumıniyada “Universitatya”ya (Krayova) qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑