Azərbaycan nümayəndə heyəti Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalına sevinib.
Futbolpress.az xəbər verir ki, 55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən cüdoçu İbrahim Talıbov həlledici final qarşılaşmasında Xorvatiya idmançısı Zvorc Jonanı məğlub edərək olimpiya çempionu adını qazanıb.
Bu əlamətdar qələbə həm də Azərbaycan komandasının Dakar-2026-da əldə etdiyi ilk qızıl medal kimi tarixə düşüb.




