Türkiyə 1-ci Liqasında 9-cu turun görüşləri keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Toral Bayramovun formasını geyindiyi “Bursaspor” öz meydanında “Mardin 1969” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Matçda hesabı 21-ci dəqiqədə qonaqların futbolçusu Tino Tekliç açıb. “Bursaspor” 81-ci dəqiqədə Keleçi İheanaçonun qolu ilə tarazlığı bərpa etsə də, 90+4-cü dəqiqədə Zoran Dimitrovun dəqiq zərbəsi “Mardin 1969″a səfər qələbəsi qazandırıb.
Türkiyə 1-ci Liqası
9-cu tur
“Bursaspor” – “Mardin 1969” 1:2
Qollar: K.İheanaço, 81 – T. Tekliç, 21, Z. Dimitrov, 90+4
Milli komandamızın yarımmüdafiəçisi Toral Bayramov qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib və meydana daxil olmayıb.
Məğlubiyyətə baxmayaraq, “Bursaspor” geridə qalan 9 turdan sonra topladığı 19 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.





