“Sabah”ın oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirəcəyi matçla əlaqədar paytaxtda 18 müntəzəm avtobus xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Milli Həmrəylik küçəsində nəqliyyatın sıxlığını tənzimləmək məqsədilə müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.
Qərar 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli marşrut xətlərini əhatə edəcək.
Yenilənmiş sxemə əsasən, Sabunçu yol qovşağı istiqamətində hərəkət edən avtobuslar Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektləri vasitəsilə marşrutlarına davam edəcəklər. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində isə nəqliyyat vasitələri birbaşa Heydər Əliyev prospekti ilə yönləndiriləcək.




