İdman · Futbolpress.az

A Seriyası: Neapolda triller

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
A Seriyası: Neapolda triller xəbəri üçün şəkil

İtaliya A Seriyasında VIII turun növbəti oyunları başa çatıb.

Futbolpress.az xəbər verir ki, Neapolda keçirilən “Napoli” – “Roma” görüşü son dəqiqələrinə qədər böyük gərginliklə yadda qalıb. Meydan sahiblərinin heyətində Skott Maktominey dubl edib, Frank Anquissa isə bir qol vurub. Lakin paytaxt təmsilçisi Matias Sule və Leonardo Balerdinin qolları ilə hesabda geridən gələrək 89-cu dəqiqədə 3:3 hesablı bərabərliyi təmin edib.

“Latsio” öz meydanında “Parma”nı 2:1 hesabı ilə məğlub edərək 3 xalı aktivinə yazdırıb. Çempionlar Liqasında böyük sensasiya edən “Komo” formasını daxili çempionatda da davam etdirib. Lombardiya klubu Anastasios Duvikasın dublu ilə “Sassuolo” 2:0 hesabı ilə üstələnib. “Bolonya” isə səfərdə “Kalyari”nin qapısından iki cavabsız top keçirib.

Qeydə alınan nəticələr:

İtaliya A Seriyası

VIII tur

Kalyari – Bolonya 0:2

Qollar: Nikolo Kasale, 57, Federiko Bernardeski, 80 (pen.)

Komo – Sassuolo 2:0

Qollar: Anastasios Duvikas, 49, 60

Napoli – Roma 3:3

Qollar: Frank Anquissa, 28, Skott Maktominey, 48, 83 – Matias Sule, 69, Leonardo Balerdi, 74, 89

Latsio – Parma 2:1

Qollar: Kennet Teylor, 50, Dieqo Karlos, 58 (avtoqol) – Simone Lontani, 90+5

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑