İqtisadiyyat · FED.az

Maliyyə nazirinin yeni müavini kimdir? - DOSYE - FED.az

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Maliyyə nazirinin yeni müavini kimdir? - DOSYE - FED.az xəbəri üçün şəkil

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev Azərbaycan maliyyə nazirinə müavin təyin olunub.

FED.az xəbər verir ki, Sadiq Əliyev Maliyyə Nazirliyinə Sahil Babayevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən keçən kadrlardandır.

O, 1984-cü ildə anadan olan Sadiq Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bakalavriat və magistratura üzrə fərqlənmə ilə bitirmişdir.

Belə ki, o, əmək fəaliyyətinə 2005-ci ildən özəl sektorda başlayıb, 2006-2019-cu illərdə Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb, 2019-cu ildə İqtisadiyyat Nazirliyində Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib.

Sahil Babayev iqtisadiyyat nazirinin müavini vəzifəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyinat aldıqdan sonra Sadiy Əliyev bu quruma keçib və 2019-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

2024-2026-cı illərdə isə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri olub.

Sahil Babayevin maliyyə naziri vəzifəsinə təyin edilməsindən sonra bu quruma gətirilən kadrlardan biri də Sadiq Əliyev olub. Belə ki, o, 8 yanvar 2026-cı ildən Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru işləyib.

İndi isə prezident İlham Əliyevin sərəncamı ilə nazir müavini təyin edilib. Bununla da maliyyə nazirinin müavinlərinin sayı 4-də çatıb. Onlar aşağıdakılardır:

Anar Kərimov, Himalay Məmişov, Natiq Həsənov, Sadiq Əliyev.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑