İqtisadiyyat · Trend.az

Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (FOTO/VİDEO)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (FOTO/VİDEO) xəbəri üçün şəkil

Bakı. Trend:

Oktyabrın 30-da Baş nazir Əli Əsədov və Baş nazir İrakli Kobaxidze Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, “PASHA Real Estate Group” tərəfindən inşa edilmiş 5 ulduzlu “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər.

Müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 1 hektar olan kompleksə hotel binası, eləcə də ofis sahələri daxildir.

Hoteldə müxtəlif kateqoriyalara aid 152 hotel otağı və 4 iclas zalı mövcuddur. Burada qonaqların rahatlığı üçün müasir xidmət infrastrukturu, o cümlədən müxtəlif konsepsiyalara malik restoranlar fəaliyyət göstərir.

“ART Riverfront Hotel Tbilisi” “PASHA Real Estate Group”un Gürcüstandakı daşınmaz əmlak layihəsidir. Şirkət Azərbaycanda və beynəlxalq bazarlarda hotelçilik, yaşayış, ticarət və çoxfunksiyalı daşınmaz əmlak layihələrinin inkişafı istiqamətində fəaliyyət göstərir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑