Bakı, 31 oktyabr,
Kanada 2027-ci ildə Ukraynanın maliyyələşdirilməsi üçün 500 milyon avro ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Kanadanın Baş naziri Mark Karni Monrealda keçirilən Aİ-Kanada sammitinin yekunlarına dair mətbuat konfransında bildiriblər.
Lyayen Kanadanın Ukrayna üçün nəzərdə tutulan 90 milyard avro həcmində Avropa maliyyələşdirmə proqramında iştirak edəcəyini açıqlayıb. Mark Karni isə ölkəsinin dəqiq 500 milyon avro ayıracağını bildirib.
Qeyd edək ki, Avropa Komissiyası 2027-ci ildə Ukraynaya 45 milyard avro ayrılmasını planlaşdırırdı. Kanada vəsaitinin əlavə edilməsi ilə bu məbləğ 45,5 milyard avroya çatacaq.





