İqtisadiyyat · SİA

FTB 6,3 milyard dollarlıq kiberhücumu araşdırır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
FTB 6,3 milyard dollarlıq kiberhücumu araşdırır xəbəri üçün şəkil

ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Məxfi Xidmət "Binance" kriptovalyuta birjasına qarşı genişmiqyaslı kiberhücumun hallarını araşdırır. SİA xəbər verir ki, bu barədə hər iki qurumun mətbuat xidmətləri məlumat yayıb.

FTB-dən bildirilib ki, hadisə ilə bağlı məlumat əldə edilib və hücumun miqyasını müəyyənləşdirmək, mümkün nəticələrini qiymətləndirmək, eləcə də zəruri istintaq tədbirlərini əlaqələndirmək məqsədilə dövlət və özəl sektorun tərəfdaşları ilə əməkdaşlıq edilir.

Məxfi Xidmətdən isə qeyd olunub ki, kibercinayətkarların şəxsiyyətinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üçün Kolumbiya dairəsinin prokurorluğu və hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq aparılır.

Qeyd edək ki, "Binance" kriptovalyuta birjası oktyabrın 29-da haker hücumuna məruz qalıb. İlkin məlumata görə, itkilərin həcmi təxminən 6,3 milyard dollar təşkil edib. Bununla belə, istifadəçilərin depozitlərinə zərər dəyməyib.

Mətləb

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑