İranla ABŞ arasında gərginliyin artdığı və müharibənin yenidən başlaması ehtimalının müzakirə olunduğu vaxtda Tehranın “İnqilab” meydanında Amerika Prezidenti Donald Trampın ölümlə hədələndiyi böyük lövhə quraşdırılıb.
Editor.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Lövhədə “Trampı öldürəcəyik” ifadəsi yazılıb, ABŞ Prezidentinin başı aşağı vəziyyətdə, həbsxana barmaqlıqları arxasında təsviri əks olunub.
“İnqilab” meydanının yaxınlığında yerləşən digər lövhədə isə Donald Tramp, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff və İsrail Baş naziri Benyamin Netanyahunun qan içində üzləri və cırılmış geyimləri ilə təsvirləri yer alıb.
Təsvirlərin fonunda isə köhnəlmiş ABŞ və İsrail bayraqları əks olunub.


