ABŞ prezidenti Donald Tramp səhhətində çox ciddi problemlərin olduğunu desə də, sonradan bu açıqlamanı zarafat kimi təqdim edib.
Editor.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Tramp bu barədə Ağ Evin Gül bağında jurnalistlərlə söhbəti zamanı danışıb.
Amerika lideri spirtli içki qəbul etmədiyini, siqaret çəkmədiyini və narkotik maddələrdən istifadə etmədiyini bildirib. Onun sözlərinə görə, bu vərdişlərdən uzaq durmaq sağlamlıq problemlərinin qarşısını almağa kömək edir.
Bununla belə, Tramp başqa, “çox ciddi sağlamlıq problemlərinin” olduğunu söyləyib və həmin problemləri siyahısına əlavə etmək istəmədiyini qeyd edib.
80 yaşlı prezident bildirib ki, mətbuat onun səhhəti ilə bağlı açıqlamalarına diqqət yetirəcək. O, siqaret və alkoqol istifadəsinin də bu məsələlərə əlavə olunmasını istəmədiyini zarafatla vurğulayıb.
Tramp daha sonra jurnalistlərin onun hansı sağlamlıq problemlərini nəzərdə tutduğunu soruşacağını deyib və açıqlamasının sadəcə mətbuat nümayəndələri qarşısında zarafat etmək məqsədi daşıdığını bildirib.
//Gülnarə Abasova, Editor.az




