İdman · Editor.az

“Qarabağ” klubunda yeni dəyişiklik: Anar Hacıyev getdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qarabağ” klubunda yeni dəyişiklik: Anar Hacıyev getdi xəbəri üçün şəkil

“Qarabağ” futbol klubunda kadr dəyişikliyi yaşanıb. Ağdam təmsilçisinin İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev tutduğu vəzifədən ayrılıb.

Editor.az-ın klubdan əldə etdiyi məlumata görə, Anar Hacıyev öz xahişi ilə vəzifəsini tərk edib.

2023-cü ilin sentyabrından etibarən bu vəzifədə çalışan Hacıyevin fəaliyyəti dövründə “Qarabağ” iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb.

Onun klubda çalışdığı müddət ərzində komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsindən pley-offa yüksəlib, həmçinin UEFA Avropa Liqasının 1/8 final mərhələsində mübarizə aparıb.

Anar Hacıyev fəaliyyəti dövründə beynəlxalq səviyyədə də uğurlar əldə edib. O, nüfuzlu Yohan Kroyf İnstitutunun diplomuna layiq görülüb və Avropa Klublar Birliyinin İşçi qrupuna üzv seçilib.

Anar Hacıyevin “Qarabağ”dan ayrılması klubun media və ictimaiyyətlə əlaqələr sahəsində dəyişiklik kimi diqqət çəkib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑