Dünya · Editor.az

Paşinyandan sülh müqaviləsi ilə bağlı açıqlama: 2031-ci ilə qədər gözləmək istəmirik

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyandan sülh müqaviləsi ilə bağlı açıqlama: 2031-ci ilə qədər gözləmək istəmirik xəbəri üçün şəkil

“Sülh müqaviləsinin imzalanmasının 2031-ci ilə qədər təxirə salınması bizim planlarımızda yoxdur”.

Editor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan hökumətin iclası zamanı çıxış edərkən bildirib.

“Qarşımızda duran əsas məqsəd sülh sazişini ən qısa müddətdə imzalamaqdır. Bu prosesin 2031-ci, hətta 2029-cu ilə qədər uzadılması nəzərdə tutulmur. Lakin bu, müəyyən qədər vaxt tələb edən bir prosesdir”, – deyə o qeyd edib.

Bundan əlavə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da hökumətin iclasında qeyd edib ki, sülh sazişinin tezliklə imzalanması hökumətin siyasi öhdəliyidir.

“Biz sözügedən sənədin imzalanaraq təsdiqlənməsini arzulayırıq. Səbəb isə odur ki, kommunikasiyalar yalnız iqtisadi əhəmiyyət daşımır, həmçinin sülhün gücləndirilməsi missiyasını yerinə yetirir”, – deyə o əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑