Dünya · Editor.az

Netanyahu VİDEO yaydı – Xamenei xəstəxanada uzanmış vəziyyətdə…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahu VİDEO yaydı – Xamenei xəstəxanada uzanmış vəziyyətdə… xəbəri üçün şəkil

İsrail Baş naziri Benyamin Netanyahu sosial şəbəkə hesablarında süni intellekt vasitəsilə hazırlanmış video yayımlayıb.

Editor.az Teleqraf-a istinadən xəbər verir ki, videoda İranın Ali rəhbəri Müctəba Xamenei xəstəxana çarpayısında uzanmış vəziyyətdə təsvir olunur və İsraildə keçirilən seçkilərdə Netanyahuya səs verəcəyini deyir.

Videoda bir müxbir Müctəba Xameneiyə yaxınlaşaraq ondan seçkilərdə kimə səs vermək niyyətində olduğunu soruşur. Xameneinin süni intellekt vasitəsilə yaradılmış obrazı belə cavab verir: “Mən Bibiyə (Netanyahu) səs verəcəm. Bu nə sualdır belə?”

Netanyahu videoya şərh olaraq yazıb: “Hətta Müctəba da bilir; İranı yalnız “Likud” dayandıra bilər”.

Video Netanyahunun seçki təbliğatı çərçivəsində yayımlanıb və onun sonunda “Likud” Partiyasının “Seçki məntəqələrinə gedirik, səs veririk və qalib gəlirik” məzmunlu şüarı yer alır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑