Dünya · Editor.az

Müharibənin taleyini dəyişə biləcək açıqlama: Zelenski nə dedi?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Müharibənin taleyini dəyişə biləcək açıqlama: Zelenski nə dedi? xəbəri üçün şəkil

Prezident Volodimir Zelenski ilk dəfə olaraq Ukrayna münaqişəsinin nizamlanması çərçivəsində Rusiya üçün təhlükəsizlik zəmanətlərinin zəruri olduğunu etiraf edib.

Editor.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

“Zelenski deyib ki, Qərb ölkələri nəticə etibarilə Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərini müzakirə edəcək”, – deyə bildirilib.

Lakin Ukrayna liderinin fikrincə, əvvəlcə hərbi əməliyyatlar dayandırılmalı və Kiyevin təhlükəsizliyi tam təmin olunmalıdır.

Qəzet qeyd edir ki, bu bəyanatlar Zelenskinin Finlandiya Prezidenti Stubb və Norveçinin Baş naziri Stör ilə telefon danışığından cəmi bir neçə saat sonra səslənib.

Həmin danışıqlar isə öz növbəsində Finlandiya və Norveç liderlərinin Rusiya Prezidenti Vladimir Putinlə apardıqları müzakirələrin ardınca baş tutmuşdu.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑