Dünya · Günün Səsi

Paşinyan parlamentdəki davaya görə müxalifəti ələ saldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan parlamentdəki davaya görə müxalifəti ələ saldı xəbəri üçün şəkil

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə baş verən davaya münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, Paşinyan feysbukda müxalifətə belə cavab verib: “Mən bilirdim, heç olmasa fiziki cəhətdən güclüdürlər. Məlum oldu ki, elə deyil”.

Bu gün Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Taron Çaxoyanın çıxışından sonra hakim partiyanın və müxalif “Güclü Ermənistan” fraksiyasının deputatları arasında əvvəlcə mübahisə, daha sonra əlbəyaxa dava baş verib. Çaxoyan çıxışında müxalif fraksiyanın rəhbəri Narek Karapetyanın ailə üzvlərini tənqid edib. İnsident parlament zalından dəhlizə də keçib.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑