Dünya · Sfera.az

İspaniyada dəhşətli qəza aksiyalara səbəb oldu - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniyada dəhşətli qəza aksiyalara səbəb oldu - FOTO xəbəri üçün şəkil

İspaniyada azı 68 nəfərin həyatını itirdiyi sürət qatarı qəzasından sonra ölkədə üç günlük matəm elan edilib. Hadisədən sonra paytaxt Madriddə keçirilən etiraz aksiyası zamanı nümayişçilərlə polis arasında toqquşma baş verib.

Sfera.az xəbər verir ki, qəza oktyabrın 28-də Madrid-Sevilya sürətli dəmir yolu xəttinin Toledo ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata əsasən, qəzaya uğrayan qatarlardan birində 146, digərində isə 397 sərnişin olub. Toqquşma nəticəsində bir neçə vaqon relsdən çıxaraq aşıb. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər, helikopterlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Nəticədə 100-ə yaxın yaralının ətraf xəstəxanalara yerləşdirildiyi bildirilir.

Faciədən sonra Madriddə İspaniyanın Nəqliyyat Nazirliyinin binası qarşısında təxminən 500 nəfərin iştirakı ilə etiraz aksiyası keçirilib. Nümayişçilərin bir qismi nəqliyyat naziri Oskar Puentenin istefasını tələb edib.

Aksiya zamanı bəzi nümayişçilərin polis əməkdaşlarına şüşə qablar və işıqlandırıcı fişənglər atdığı bildirilir. Polis etirazçıları ərazidən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

İspaniyanın baş naziri Pedro Sançes hadisə yerinə gedərək qəzanın bütün təfərrüatlarının araşdırılacağını bildirib. O, mümkün səhlənkarlıq hallarının müəyyənləşdiriləcəyini və təhlükəsizlik sistemindəki çatışmazlıqların aradan qaldırılacağını vurğulayıb.

Onun sözlərinə görə, kompüter sistemində yaranan nasazlıq hərəkətdə olan altı qatarın dayanmasına səbəb olub. Daha sonra qatarların hərəkətinin bərpası ilə bağlı qərar dispetçer mərkəzi tərəfindən verilib.

İradə Elsevər

Sfera.az

İspaniyada dəhşətli qəza aksiyalara səbəb oldu - FOTO
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑