Dünya · Editor.az

Paşinyandan sensasiyalı açıqlama: “Bu sənədlə müstəqil dövlət qurmaq mümkün deyil”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyandan sensasiyalı açıqlama: “Bu sənədlə müstəqil dövlət qurmaq mümkün deyil” xəbəri üçün şəkil

“Ermənistanın İstiqlal Bəyannaməsinin mətni mahiyyət etibarilə dövlətçilik əleyhinədir”.

Editor.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu mətnə əsaslanaraq müstəqil dövlətə sahib olmaq qeyri-mümkündür, çünki həmin sənəd əslində dövlət qurmağın qeyri-mümkülüyündən xəbər verir. Biz keçmişimizdən düzgün nəticə çıxarmalıyıq”, – deyə vurğulayan Paşinyan əlavə edib ki, gələcək yeni Konstitusiya birbaşa dövlətin əbədiyyəti və uzunömürlülüyü prinsipinə söykənəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑