Dünya · Konkret.az

Mask Starlink-in qiymətini Ukrayna üçün yüzlərlə dəfə artıra bilər - SƏBƏB NƏDİR? | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mask Starlink-in qiymətini Ukrayna üçün yüzlərlə dəfə artıra bilər - SƏBƏB NƏDİR? | KONKRET xəbəri üçün şəkil

İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti Ukraynada istifadə edilən “Starlink” terminallarının qiymətini kəskin şəkildə artırmağa və ya hərbi versiyaya keçməyə məcbur etməyə hazırlaşır. Bu addım Ukrayna ordusunun döyüş əməliyyatlarına ciddi təsir göstərə bilər.

KONKRET.az xəbər verir ki, “The Atlantic” nəşrinin dərc etdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olan terminalların 99%-dən çoxu ayda təxminən 30 dollar abunə haqqı olan adi mülki “Starlink” cihazlarıdır. Lakin şirkətin qaydaları bu terminallardan hücum xarakterli dron zərbələri üçün istifadəni qəti şəkildə qadağan edir. Hərbi tapşırıqlar üçün nəzərdə tutulan xüsusi “Starshield” sisteminin qiyməti isə hər terminal üçün ayda 25 min dollar təşkil edir, lakin Pentaqon

Ukraynaya bu cür qurğulardan yalnız məhdud sayda verib.

Məlumata əsasən, oktyabr ayında “SpaceX” Ukrayna zərbə PUA-larında mülki “Starlink”lərin işini məhdudlaşdırıb ki, bu da bir sıra hərbi əməliyyatların pozulmasına, o cümlədən Qara dənizdə dəniz dronlarının itirilməsinə səbəb olub. Pentaqon yaranan fasilələrlə əlaqədar şirkətə müraciət etdikdən sonra “SpaceX” mövcud müqavilənin yenidən baxılmasını təklif edib. Jurnalistlər hesab edirlər ki, Mask bununla Ukrayna Silahlı Qüvvələrini baha başa gələn “Starshield” sisteminə keçməyə məcbur edir. Şirkət oxşar taktikanı daha əvvəl ABŞ ordusuna qarşı da tətbiq etmiş, İranla münaqişə zamanı hərbi terminalların qiymətini 5000 dollardan 25 min dollara qaldırmışdı.

Müşviq Tofiqoğlu
KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑