Dünya · Editor.az

İrəvandan havaya qalxan təyyarə təhlükə siqnalı verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrəvandan havaya qalxan təyyarə təhlükə siqnalı verdi xəbəri üçün şəkil

Ermənistanın paytaxtı İrəvandan Rusiyanın Mineralnıye Vodı şəhərinə uçan təyyarə havaya qalxdıqdan təxminən 15 dəqiqə sonra təhlükə siqnalı verib.

Editor.az xəbər verir ki, Rusiyanın “Azimut” aviaşirkətinə məxsus təyyarənin ekipajı problemin yarandığını bildirdikdən sonra hava gəmisi İrəvanın Zvartnots hava limanına doğru geri dönməyə başlayıb.

İlkin məlumatlara əsasən, təyyarənin göyərtəsində təxminən 108 nəfər olub.

Monitorinq sistemlərinin məlumatlarına görə, təyyarə Zvartnots hava limanı yaxınlığında dövrə vurub.

Təyyarənin sonrakı taleyi ilə bağlı əlavə məlumat hələlik açıqlanmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑