Estoniya Müdafiə Nazirliyi Rusiya ilə sərhəd boyu müdafiə xəttini gücləndirmək məqsədilə 150-yə yaxın müdafiə bunkeri inşa etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə "ERR" teleradioşirkəti Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Heremə istinadən məlumat yayıb.
Məlumata görə, planlaşdırılan bunkerlərdən 100-ü birbaşa dövlət mülkiyyətində olan torpaq sahələrində, qalan 50-yə yaxını isə bələdiyyə və ya özəl torpaqlarda inşa olunacaq.
General Martin Herem dəqiqləşdirib ki, özəl mülkiyyətdə olan ərazilərdə bunkerlərin tikintisi üçün torpaq sahibləri ilə rəsmi razılıqların əldə olunması vacib şərtdir. Müdafiə nazirliyi artıq yerli mülkiyyətçilərlə danışıqlar prosesinə start verib.
Bizim.Media
Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



