Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralılardan 6-nın vəziyyətinin ağır olduğu bildirilir.
Ukrayna Dəmir Yolları hücumdan əvvəl ərazidə yüksək təhlükə xəbərdarlığının edildiyini, buna baxmayaraq, platformada sərnişinlərin olduğunu açıqlayıb.
Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
Hadisədən sonra əraziyə tibb, yanğınsöndürmə və polis əməkdaşları cəlb olunub. Xilasetmə işləri və ərazidə araşdırmalar aparılıb. Ukraynalı rəsmilər ölən və yaralananların sayının dəyişə biləcəyini bildiriblər.
Ukrayna Prezidenti Vladimir Zelenski hücumun görüntülərini sosial şəbəkələrdə paylaşaraq hadisəni sərt şəkildə pisləyib. O, platformada şəhərətrafı və müntəzəm sərnişin qatarlarının olduğunu qeyd edib, həlak olanların ailələrinə başsağlığı verib.
Həmidə İbrahimova




