Dünya · Banker.az

Gərginlik artır. Çin Tayvan, Yaponiya və Filippin yaxınlığına 53 gəmi göndərib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gərginlik artır. Çin Tayvan, Yaponiya və Filippin yaxınlığına 53 gəmi göndərib xəbəri üçün şəkil

Çin Cənubi Yaponiya, Tayvan və Filippin sahillərini əhatə edən geniş akvatoriyada 53 hərbi və dövlət gəmisini yerləşdirib. Onlardan 34-ü Çin Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmiləridir.

Banker.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın beynəlxalq xəbər agentliyi “Reuters” Tayvan Milli Təhlükəsizlik Şurasının baş katibi Cozef Vunun açıqlamasına istinadən məlumat yayıb.

Tayvan rəsmisi oktyabrın 28-də sosial şəbəkə hesabında Çin gəmilərinin yerləşdiyi əraziləri göstərən xəritə dərc edib. Xəritəyə əsasən, gəmilər arasında Çinin “Liaoning” aviadaşıyıcısı və onu müşayiət edən döyüş qrupu da var.

“Liaoning” aviadaşıyıcısı Filippinin şərqində yerləşir. Digər hərbi gəmi birləşmələri Tayvanın şərq və cənub-şərq sahillərində, eləcə də Yaponiyanın cənubunda fəaliyyət göstərir.

Cozef Vu bildirib ki, Tayvan, Yaponiya və Filippinə qarşı eyni vaxtda yaranan təhlükə açıq şəkildə görünür. Onun sözlərinə görə, Tayvan hakimiyyəti Çin donanmasının hərəkətlərini yaxından izləyir.

Yaponiya Müdafiə Nazirliyi də oktyabrın 28-də Çinin üç hərbi gəmisinin və bir Sahil Mühafizəsi gəmisinin Kyusyu adası yaxınlığındakı Osumi boğazından keçərək Sakit okeana daxil olduğunu açıqlayıb.

Pekin isə hərbi gəmilərin yerləşdirilməsinin başqa ölkələrə qarşı yönəldildiyini rədd edir.

Çin Müdafiə Nazirliyinin nümayəndəsi Çjan Syaoqan bildirib ki, “Liaoning” aviadaşıyıcısının Sakit okeanın qərbindəki fəaliyyəti illik planlı hərbi təlimlərin bir hissəsidir. Təlimlərin məqsədi donanmanın açıq dənizdə uzaq məsafəli döyüş əməliyyatları aparmaq imkanlarını yoxlamaqdır.

Tayvanın müdafiə naziri Vellinqton Ku isə regionda sülh və sabitliyi poza biləcək hərbi fəaliyyətlərdən narahatlığını ifadə edib.

Hadisə Çinin Yaponiya və Filippinlə münasibətlərində gərginliyin artdığı dövrə təsadüf edir. Pekin Yaponiyanın Tayvana dəstəyindən narazıdır, Filippinlə isə Cənubi Çin dənizində ərazi mübahisələri davam edir.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və adanı nəzarətə götürmək üçün güc tətbiqini istisna etmir. Tayvan hakimiyyəti isə adanın gələcəyinə yalnız onun əhalisinin qərar verə biləcəyini bildirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑