Dünya · Yeni Çağ

“Bölgədə böyük müharibə an məsələsidir”: Tramp Körfəz ölkələrini HƏRƏKƏTƏ KEÇİRİR - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Bölgədə böyük müharibə an məsələsidir”: Tramp Körfəz ölkələrini HƏRƏKƏTƏ KEÇİRİR - Yeni Çağ xəbəri üçün şəkil

“Müharibə qaçınılmazdır. Ya seçki öncəsi, ya da seçkidən sonra”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib.

media-whatsapp-image-2026-10-29-at-12-56-52

Politoloq ABŞ lideri Trampın Körfəz ölkələrinə hərbi əməliyyatlarla bağlı xəbərdarlıq etməsini müharibənin siqnalı adlandırıb:

“Son dövrlər ABŞ və İran arasında gərginlik daha da artmaqdadır. ABŞ prezidenti Trampın hər gün bu barədə verdiyi sərt bəyanatlar onu göstərir ki, tezliklə bölgədə müharibə, hərbi əməliyyatlar alovlanacaq, vəziyyət daha da gərginləşəcək. Amerikada seçki öncəsi cəmiyyətdə də, siyasi dairələrdə də müəyyən gərginlik var. Hesab edirəm ki, seçki öncəsi ya da seçkidən sonra ABŞ-İran qarşıdurması start götürəcək. Trampın Körfəz ölkələrinə bu istiqamətdə çağırışlar etməsi, Körfəz ölkələrinə İrana qarşı əməliyyatlarla bağlı xəbərdarlıq etməsi, qısa və şiddətli kampaniyaya hazırlaşmaq barədə məlumat verməsi göstərir ki, vəziyyət gərgindir və ABŞ bir müddət taym-aut götürdükdən sonra yenidən İran istiqamətində öz hərbi planlarına baxacaq. Bu isə o deməkdir ki, ABŞ öz istəyinə nail olmayana qədər bu prosesdən əl çəkməyəcək. Amerikanın istəkləri məlumdur: İranı nüvə silahından məhrum etmək, İranın Hörmüz boğazını tam nəzarətə götürməsi və digər tələblər üzrə ABŞ qarşısına çox ciddi məqsədlər qoyub. İran tərəfinin də razılığa gəlməməsi, danışıqlarda qətiyyətli mövqe göstərməsi Amerikanı daha da qızışdırır və bu istiqamətdə yeni qarşıdurmanın şahidi olmaq ərəfəsindəyik. Digər tərəfdən, İran tərəfinin də öz şərtləri var ki, ABŞ onları qəbul etmədiyi üçün danışıqlar dondurulub və məsələ hərbi müstəvidə həll ediləcək”.

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑