Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə baş verən davaya münasibət bildirib.
Modern.az xəbər verir ki, Paşinyan feysbukda müxalifətə belə cavab verib: “Mən bilirdim, heç olmasa fiziki cəhətdən güclüdürlər. Məlum oldu ki, elə deyil”.
Bu gün Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Taron Çaxoyanın çıxışından sonra hakim partiyanın və müxalif “Güclü Ermənistan” fraksiyasının deputatları arasında əvvəlcə mübahisə, daha sonra əlbəyaxa dava baş verib. Çaxoyan çıxışında müxalif fraksiyanın rəhbəri Narek Karapetyanın ailə üzvlərini tənqid edib. İnsident parlament zalından dəhlizə də keçib.




