Dünya · Editor.az

ABŞ mətbuatı: Zərərlə işləyən zavodlar Çin iqtisadiyyatının zəif nöqtəsinə çevrilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ mətbuatı: Zərərlə işləyən zavodlar Çin iqtisadiyyatının zəif nöqtəsinə çevrilib xəbəri üçün şəkil

Çində zərərlə fəaliyyət göstərən sənaye müəssisələrinin payı 2018-ci ildən bəri iki dəfə artaraq 30 faizə çatıb. Ekspertlərin fikrincə, ixracın artmasına baxmayaraq, müəssisələrin gəlirlilik problemi və yüksək borclanma ölkə iqtisadiyyatı üçün ciddi risklər yaradır.

ABŞ-ın The Atlantic nəşrinin yazdığına görə, Çində getdikcə daha çox sənaye müəssisəsi əsas iqtisadi hədəflərindən birinə — mənfəət əldə etməyə nail ola bilmir.

Nəşrin məlumatına əsasən, Çin şirkətləri ixracın kəskin artmasına baxmayaraq, zərərlə işləməkdə davam edirlər. Hakimiyyət orqanları isə iş yerlərini qorumaq və iqtisadi planların icrasını təmin etmək məqsədilə rentabelli olmayan müəssisələrə dəstək göstərirlər.

Bu siyasət nəticəsində Çin iqtisadiyyatında uzun müddətdir “zombi şirkətlər” adlandırılan müəssisələr mövcuddur. Bunlar faktiki olaraq müflisləşmiş, lakin kreditorların və dövlətin maliyyə dəstəyi hesabına fəaliyyətini davam etdirən şirkətlərdir.

Yüksək borclanma iqtisadi riskləri artırır

Məqalədə qeyd olunur ki, səmərəsiz müəssisələrə yatırılan investisiyalar ölkənin borc yükünü artırır. Çinin qeyri-maliyyə sektorunda borcun ümumi daxili məhsula (ÜDM) nisbəti artıq 300 faizi ötüb.

Bundan əlavə, ölkə iqtisadiyyatının ixracdan yüksək dərəcədə asılı olması Pekini digər dövlətlərin tətbiq edə biləcəyi proteksionist tədbirlər qarşısında daha həssas edir. Ticarət məhdudiyyətləri və tariflərin artırılması Çin istehsalçıları üçün əlavə çətinliklər yarada bilər.

ABŞ Çinin iqtisadi modelini dəyişdirmək cəhdlərindən geri çəkilir

Avqust ayında Axios nəşri ABŞ-ın Pekini ixracyönümlü iqtisadi modelini dəyişdirməyə inandırmaq cəhdlərindən faktiki olaraq əl çəkdiyini yazmışdı.

ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qririn sözlərinə görə, Vaşinqton son 25 il ərzində bu istiqamətdə çalışıb və prosesə yüksək ixtisaslı mütəxəssisləri cəlb edib. Lakin onun qiymətləndirməsinə görə, vəziyyət yaxşılaşmaq əvəzinə daha da pisləşib.

//Gülnarə Abasova, Editor.az

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑