İordaniyanın cənubunda yerləşən Hamud kəndindəki kilsədə silahlı insident baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, iki silahlı şəxs yas mərasiminin iştirakçılarına atəş açaraq, hadisə yerindən qaçıb.
Silahlı hücum nəticəsində azı 7 nəfər ölüb.
Hadisəni törədənlər polis tərəfindən axtarışdadır.






