Rusiya və Ukrayna Xerson vilayətinin Oleşki şəhərində hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, atəşkəs oktyabrın 29-da başlayacaq.
ABŞ-ın birinci xanımı Melaniya Tramp vasitəçi qismində çıxış edərək, həm Rusiya, həm də Ukrayna rəhbərliyi ilə aparılan danışıqlarda iştirak edib. Bu müddət ərzində şəhərə humanitar yardımın çatdırılması və mülki şəxslərin təxliyə edilməsi nəzərdə tutulur.
Prosesi müstəqil bir Amerika media şirkəti müşayiət edəcək və izləyəcək.
Bizim.Media
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Moskvanın Şeremetyevo hava limanında 84 reys ləğv edilib, daha 139 reys isə hava hərəkəti məhdudiyyətləri səbəbindən təxirə salınıb.
Adalet.az xəbər verir ki, Cədvəldəki dəyişikliklər saat 12:00-dan 00:00-a (Moskva vaxtı ilə) qədər olan müddətə təsir edib.
Kütləvi ləğv və gecikmələrə əlavə olaraq, daha 23 reys alternativ aerodromlara, bəzi təyyarələr Sankt-Peterburqa yönləndirilib.
İsrailin Baş naziri Benyamin Netanyahu Hebronda iki İsrail əsgərinin həlak olması ilə nəticələnən silahlı insidentdən sonra İordan çayının qərb sahilində tam qapanma rejiminin tətbiq edilməsinə dair sərəncam verib.
Adalet.az “Al Jazeera”yə istinadən xəbər verir ki, qərar cümə günü səhər saatlarında İsrail hərbçilərinin Telem məskəni yaxınlığında fələstinli silahlılarla atışmasından dərhal sonra qəbul olunub.
Qeyd edək ki, hadisə zamanı İsrail ordusu iki fələstinlini öldürüb. İsrail tərəfindən
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə görüşün noyabrın birinci yarısında keçirilməsi planlaşdırılır.
“B...