Dünya · Trend.az

Dünyanın ən iri sərnişin təyyarəsi Moskvaya eniş edə bilmir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünyanın ən iri sərnişin təyyarəsi Moskvaya eniş edə bilmir xəbəri üçün şəkil

Bakı.Trend:

Moskvada bütün aeroportların bağlanmasından sonra dünyanın ən iri sərnişin təyyarəsi səmada eniş üçün icazə gözləyir.

Bu barədə SHOT “Telegram” kanalı məlumat yayıb.

Hazırda “Emirates” aviaşirkətinə məxsus Dubaydan Domodedovo hava limanına uçan Airbus A380 təyyarəsi Penza vilayətinin səması üzərində dövrə vurur.

Texniki xüsusiyyətlərinə görə, bu təyyarə Rusiyanın yalnız bir neçə hava limanında eniş edə bilər. Bunlara Moskvanın Şeremetyevo və Domodedovo (hər ikisi bağlıdır), Sankt-Peterburqun Pulkovo və Novosibirsk şəhərinin Tolmaçovo hava limanları daxildir.

Hazırda Moskvanın bütün hava limanlarında uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün reyslərin qəbulu və göndərilməsi müvəqqəti olaraq dayandırılıb. Şeremetyevo hava limanında hava həyəcanı elan edilib. Təxminən 10 təyyarə eniş üçün gözləyir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑