Dünya · Editor.az

Çində restoran sahibi işçilərinə BMW hədiyyə etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çində restoran sahibi işçilərinə BMW hədiyyə etdi xəbəri üçün şəkil

Çinin Henan əyalətinin Tsyaotso şəhərində restoran sahibi əməkdaşlarının əlverişsiz hava şəraitində elektrik skuterləri ilə işə getməməsi üçün onlara yeni BMW avtomobilləri hədiyyə edib.

Oxu.Az bu barədə “Pengpai” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, Ma Yanli sentyabrın sonunda əməkdaşlarının hər gün elektrik skuterləri ilə işə getdiyini və pis hava şəraitində yolda çətinlik çəkdiklərini görüb. Bundan sonra sahibkar fərqlənən işçiləri mükafatlandırmaq qərarına gəlib və onların avtomobilləri üçün ödənişi tam şəkildə edib.

“Müşavirə zamanı rəhbər onları gözlənilmədən birbaşa BMW avtosalonuna apardı. Avtomobillərin ödənişi əvvəlcədən tam həyata keçirilmişdi”, – deyə məlumatda bildirilib.

Ma Yanli restoranın inkişafının bütün əməkdaşların əməyindən asılı olduğunu vurğulayıb.

Avtomobillər restoranın iki ən yaxşı əməkdaşına verilib. Hər bir avtomobilin qiyməti 45 min dollar təşkil edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑