Dünya · Azxeber.com

“Hücumlara hazır olun, ehtiyat toplayın”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Hücumlara hazır olun, ehtiyat toplayın” xəbəri üçün şəkil
ABŞ-nin Qüdsdəki səfirliyi Yaxın Şərqdə təhlükəsizlik risklərinin artması və münaqişələrin sürətlə şiddətlənməsi ehtimalı ilə bağlı bölgədəki Amerika vətəndaşlarına xəbərdarlıq edib.
Bəyanatda İranın və onu dəstəkləyən qrupların xaricdəki ABŞ maraqlarını və Amerika ilə əlaqəli obyektləri hədəfə ala biləcəyi bildirilib.
Vətəndaşlar mümkün hava hücumlarına, təhlükəsizlik risklərinə və səyahətlərdə yarana biləcək fasilələrə hazır olmağa çağırılıblar.
Səfirlik Amerika vətəndaşlarına ABŞ ilə açıq əlaqəsi olan məkanlarda daha diqqətli olmağı, nümayişlərdən, izdihamdan və təhlükəsizlik nəzarətinin gücləndirildiyi ərazilərdən uzaq durmağı tövsiyə edib.
Bundan əlavə, vətəndaşlardan yaxınlıqdakı sığınacaqların və təhlükəsiz ərazilərin yerini əvvəlcədən öyrənmək, qida, su və dərman kimi zəruri ehtiyatları təmin etmək istənilib.
Bəyanatda regiondakı gərginlik səbəbindən səyahət planlarında dəyişikliklərin baş verə biləcəyi də vurğulanıb. Vətəndaşlara uçuşların vaxtını və mümkün dəyişiklikləri birbaşa aviaşirkətlərlə dəqiqləşdirmək, yerli medianı izləmək və hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək tövsiyə olunub.   ///qafqazinfo///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑