Dünya · Ölkə.az

Onu ictimaiyyətin gözü qarşısında güllələyəcəklər 

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Onu ictimaiyyətin gözü qarşısında güllələyəcəklər  xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bunu Birləşmiş Ştatların müharibə naziri Pit Heqset "Real America's Voice"a müsahibəsində deyib.

"Onu güllələyəcəklər və bu belə də olmalıdır. Biz insanların bunu görə bilməsini, edamın ictimai olmasını təmin edəcəyik. İnsanlar bu cür hərəkətlərin ciddi nəticələrə səbəb olduğunu başa düşməlidirlər", - müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, "Əl-Qaidə”dən ilhamlanaraq Texasdakı Ford Hud hərbi bazasına hücum edən Nidal Malik Həsən 2013-cü ildə hərbi məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.

Həsən məhkəmədə özünü müdafiə edib, lakin ifadə verməyib və şahid çağırmayıb. O, ittihamlara da etiraz etməyib. Məhkəmə tərəfindən təyin olunan vəkilləri isə onun edam olunmaq istəməsi ilə bağlı narahatlıqlarını bildiriblər.

ABŞ-də anadan olan fələstinli Nidal Malik Həsən 5 noyabr 2009-cu ildə Ford Hud bazasının tibb müəssisəsində törədilən hücuma görə məsuliyyət daşıyır. Hücum nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Ölənlərdən 12-si, yaralananlardan isə 30-u hərbçi olub.

Həsən hücum zamanı mülki geyimli polis əməkdaşı tərəfindən vurulduqdan sonra qismən iflic olub.

Məhkəmədə onun ABŞ-nin İraq və Əfqanıstan müharibələrinə qarşı çıxdığı və daha sonra Yəməndə ABŞ-nin pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi əməliyyatda öldürülən “Əl-Qaidə” üzvü Ənvər əl-Əvlaki ilə onlayn əlaqə saxladığı bildirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑