Məkkə Alyansı sırf müdafiə xarakterlidir və Ankaranın hücum əməliyyatlarında iştirak etmək üçün digər ölkələrə qoşun göndərməyəcək.
"Yeni Sabah" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Mən aydın şəkildə bildirirəm ki, bu müqavilə yalnız müdafiə ilə bağlıdır. Bu müqaviləni imzalayan bir ölkəyə hücum edildikdə, siz onun yanında olmalı və onu müdafiə etməlisiniz. Bu, hücum müqaviləsi deyil. Türkiyə hücum etmək üçün başqa bir ölkənin ərazisinə qoşun göndərməyəcək", - deyə Fidan macar vəzifədaşı Anita Orban ilə Ankarada keçirilən mətbuat konfransında bildirib. Sezar pizza
O əlavə edib ki, Məkkə Sazişi çərçivəsində əməkdaşlıq inkişaf edir, hərbi nümayəndə heyətləri əməliyyat sahəsində Səudiyyə Ərəbistanının hansı müdafiə tədbirlərinə ehtiyacı olduğunu, Pakistanın nəyə töhfə verə biləcəyini və Türkiyənin nəyə töhfə verə biləcəyini müəyyən etmək üçün birlikdə çalışacaqlar.
"Səudiyyə Ərəbistanı artıq böyük hərbi-texniki infrastruktura malikdir. İllər ərzində əldə edilmiş çoxlu sayda avadanlıq, silah və müdafiə imkanlarına malikdir. Lakin təbii ki, birgə planlaşdırma, əməliyyatlar və təhlillər də vacibdir", - Fidan qeyd edib.
Nazirin sözlərinə görə, Türkiyə vəziyyətin sülh və dialoq yolu ilə həll olunmasını təmin etmək üçün əlindən gələni edir.
Xatırlatma: "Middle East Eye" Türkiyə rəsmilərinə istinadla xəbər verib ki, Ankara mühüm infrastrukturu və müqəddəs şəhərləri Husi hücumlarından qorumaq üçün Səudiyyə Ərəbistanına məhdud sayda qoşun və texnika göndərməyi nəzərdən keçirir.



