Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə həqiqətən sülhə nail olmaq istəyirsə, Moskvaya gələrək Vladimir Putinlə görüşməlidir.
Bizim.Media xəbər verir ki, bunu britaniyalı hərbi analitik Aleksandr Merkuri bildirib.
O, qeyd edib ki, Rusiya tərəfi Zelenskini Moskvada qəbul etməyə hazırdır. Onun fikrincə, Avropa ölkələrinin bu məsələdə razılıq verməsi Rusiya ilə ciddi danışıqların başlanmasına yol aça bilər.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da daha əvvəl Zelenskinin müxtəlif kanallar vasitəsilə ünsiyyətə hazır olduğu barədə siqnallar göndərdiyini bildirmişdi.
Bizim.Media
"Zelenski sülh istəyirsə, Moskvaya gəlməlidir"

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.


