Dünya · Ölkə.az

Doğum gününü qeyd etmək istəyirdi, ailəsi ilə birlikdə həlak oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Doğum gününü qeyd etmək istəyirdi, ailəsi ilə birlikdə həlak oldu xəbəri üçün şəkil

Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, Baham adalarına uçan “Learjet 60” tipli biznes təyyarəsi bazar günü Palm-Biç dairəsində qəzaya uğrayıb.

Məlumata görə, Adam Robinson həyat yoldaşı, iki övladı və yaxınları ilə birlikdə doğum gününü qeyd etmək üçün Baham adalarına gedirmiş. Onların adalarda təxminən bir həftə qalmağı planlaşdırdıqları bildirilir.

595355

Qurbanların ailələrinin birgə yaydığı bəyanata görə, təyyarədə yeddi sərnişin olub. Onların arasında Robinson ailəsinin dörd üzvü – Adam Robinson, həyat yoldaşı Helen Şarp, 4 yaşlı qızları Emma və 2 yaşlı oğulları Çarli də yer alıb. Həmçinin Rachael Reed, Charmi Fehr və uşaqlara baxan Anita Maria Cetina da qəza nəticəsində həlak olub. İki pilot da həyatını itirib.

Adam Robinson “Retention.com” və “RB2B” marketinq texnologiyaları şirkətlərinin təsisçisi və baş direktoru olub. Onun həyat yoldaşı Helen Şarp isə “Influential PR” şirkətinin baş direktoru və təsisçi tərəfdaşı vəzifəsində çalışıb.

Qəza ilə bağlı yayılan ilkin məlumatlara görə, təyyarənin heyəti hadisədən bir qədər əvvəl buzlaşma və güclü turbulentliklə qarşılaşdıqlarını dispetçerlərə bildirib.

595352

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) məlumatına görə, təyyarə yerli vaxtla saat 09:37-də Ostin-Berqstrom Beynəlxalq Hava Limanından Baham adalarındakı Nort Eleuthera hava limanına uçuş həyata keçirib.

Saat 11:47 radələrində 35 min fut yüksəklikdə olan ekipaj təyyarədə şəffaf buzlaşma və orta dərəcəli turbulentlik müşahidə edildiyini bildirib. Daha sonra heyət 37 min fut yüksəkliyə qalxmaq üçün icazə istəyib.

Lakin 30 saniyədən az müddət sonra pilotlar təyyarənin sürətlə aşağı endiyini bildirərək fövqəladə vəziyyət elan ediblər. Ekipaj təyyarənin dəqiqədə 10 min, daha sonra isə 20 min fut sürətlə endiyini dispetçerlərə çatdırıb.

Pilotlardan biri radio əlaqəsi zamanı “Biz yerə çırpılacağıq” deyə bildirib. Təyyarə saat 11:51 radələrində yaşayış məntəqəsinin yaxınlığında qəzaya uğrayıb.

Hadisə nəticəsində ətraf ərazidə yaşayan təxminən 400 nəfər təxliyə edilib. Təyyarənin qalıqları təxminən 800 metrlik əraziyə yayılıb. Qəza zamanı ərazidə olan bir nəfər ayağından xəsarət alıb.

Müstəntiqlərin ilkin ehtimalına görə, təyyarə yerə çırpılmadan əvvəl parçalanmağa başlamış ola bilər. Qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. NTSB-nin təxminən 20 müstəntiqi araşdırmaya cəlb olunub. Qurbanların şəxsiyyətinin tam müəyyənləşdirilməsi üçün DNT analizlərinin aparılacağı bildirilir.

595354

Həmidə İbrahimova

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑