Dünya · Trend.az

Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya edib xəbəri üçün şəkil

Bakı.Trend:

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində aralarında Azərbaycan vətəndaşlarının da olduğu 101 əcnəbini deportasiya ediblər.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, ölkədən Azərbaycan, Ermənistan, Əlcəzair, Belarus, Misir, İordaniya, Hindistan, Keniya, Çin, Kuba, Kot-d’İvuar, Nigeriya, Nepal, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan, Özbəkistan, Filippin və digər ölkələrin vətəndaşları deportasiya olunublar.

Deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Qeyd edək ki, Gürcüstanda son dövrlər qanunsuz miqrantlara qarşı mübarizə gücləndirilib. Ölkə parlamenti deportasiya və miqrantların yoxlanılması prosedurlarını sadələşdirərək miqrasiya qanunvericiliyini sərtləşdirib.

Gürcüstan Daxili İşlər Nazirliyi hər ay onlarla əcnəbi vətəndaşın ölkədən çıxarıldığı barədə məlumat verir. Nazirliyin məlumatına görə, ilin əvvəlindən indiyədək Gürcüstandan 3,6 mindən çox qanunsuz miqrant deportasiya edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑