Dünya · Publika.az

Bu ölkələrin vətəndaşları Rusiyadan sığınacaq istəyir: 25 müraciət

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkələrin vətəndaşları Rusiyadan sığınacaq istəyir: 25 müraciət xəbəri üçün şəkil

2026-cı ilin ilk 9 ayında ABŞ, Kanada və Böyük Britaniyanın 25 vətəndaşı Rusiyadan müvəqqəti sığınacaq istəyib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Daxili İşlər Nazirliyinin sənədlərinə istinadən məlumat yayıb.

Müraciət edənlərdən 11-i ABŞ, 8-i Kanada, 6-sı isə Böyük Britaniya vətəndaşıdır. Onlardan heç biri qaçqın statusu almaq üçün müraciət etməyib. Bütün müraciətlər müvəqqəti sığınacaqla bağlı olub.

Sentyabrın sonuna olan məlumata görə, Rusiyada bu üç ölkənin ümumilikdə 74 vətəndaşı müvəqqəti sığınacaq alıb. Onlardan 38-i amerikalı, 23-ü britaniyalı, 13-ü isə kanadalıdır.

Üçüncü rübdə müvəqqəti sığınacaq alan kanadalıların sayı 9-dan 13-ə, britaniyalıların sayı isə 22-dən 23-ə yüksəlib. Amerikalıların sayı isə 41-dən 38-ə düşüb.

Müəllif: Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑