İsrailin Baş naziri Benyamin Netanyahu müxalifəti ərəb partiyalarının daxil olmadığı geniş koalisiya hökumətinin yaradılmasına çağırıb və ona rəhbərlik etməyə hazır olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə AFP nəşri yazıb.
Netanyahu terrorizmi dəstəkləməyən istənilən partiyanın hökumətə qoşula biləcəyini deyib.
İsrail Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, Netanyahunun sağ və ifrat sağçı koalisiyası parlamentdə 53 mandat qazanıb. Onun rəhbərlik etdiyi “Likud” partiyası isə 27 yer əldə edib. Lakin hökumətin formalaşdırılması üçün tələb olunan 61 mandat hələ təmin olunmayıb.
Mərkəzçi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət 48 mandat qazanıb. Ərəb partiyaları Raam və Birləşmiş Siyahı isə müvafiq olaraq 8 və 11 yer əldə ediblər.
Netanyahu ərəb partiyalarının hökumətdə iştirakına qarşı olduğunu bildirib.
Bizim.Media
Netanyahudan müxalifətə çağırış: “Ərəb partiyaları olmadan hökuməti quraq”
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.


