Dünya · Bizim.Media

Türkiyədə xaricdən gətirilən elektrik avtomobilləri bu əraziyə BURAXILMIR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə xaricdən gətirilən elektrik avtomobilləri bu əraziyə BURAXILMIR xəbəri üçün şəkil

Türkiyənin TUSAŞ Motor Sənayesi (TEI) şirkətinin baş direktoru Mahmut Faruk Akşit Pamukkale Universitetində keçirilən konfransda süni intellekt, kibertəhlükəsizlik və ağıllı cihazların yaratdığı risklərlə bağlı mühüm bəyanatlar verib.

Bizim.Media xəbər verir ki, bu barədə türk mətbuatı yazıb.
 

Akşit bildirib ki, ASELSAN, ROKETSAN, HAVELSAN və TEI kimi Türkiyə müdafiə sənayesi nəhəngləri xarici elektrik avtomobillərinin öz ərazisinə girişini qadağan edib.


Buna səbəb həmin nəqliyyat vasitələrində çoxlu kameraların, sensorların olması və proqram təminatının xarici nəzarətdə qalmasıdır.

Yerli elektrik avtomobillərin (TOGG və s.) proqram təminatı və nəzarəti ölkənin daxilində olduğu üçün onların əraziyə daxil olmasına icazə verilir.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑