Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyanın bir çox istiqamətlərdə, o cümlədən enerji sahəsində sabit və yaxşı tərəfdaşı olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Putin bunu Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunda iştirakçıların çıxışlarını şərh edərkən deyib.
“Azərbaycan çoxsaylı istiqamətlərdə, o cümlədən enerji sahəsində bizim sabit və yaxşı tərəfdaşımızdır”, – deyə Rusiya lideri vurğulayıb.
Putin, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə fəal dialoq apardığını bildirib. Onun sözlərinə görə, tərəflər enerji, xüsusilə də qaz sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edirlər.
Bizim.Media
Putin: “Azərbaycan Rusiyanın sabit və yaxşı tərəfdaşıdır”
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





