Dünya · Bizim.Media

Maldivlərdə şəxsi ada 72 milyon dollara satışa çıxarıldı - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Maldivlərdə şəxsi ada 72 milyon dollara satışa çıxarıldı - FOTO xəbəri üçün şəkil

Maldiv adalarında Baccarat Maldives kurort kompleksinin tərkibində yerləşən, dörd dəbdəbəli villası, şəxsi çimərliyi və mercan rifi olan ada 72 milyon dollara satışa çıxarılıb.

Bizim.Media xəbər verir ki, Robb Report nəşrinin məlumatına görə, alıcılar ödənişi təkcə adi valyuta ilə deyil, dolların məzənnəsinə bağlı olan USDC steyblkoinləri (kriptovalyuta) ilə də edə bilərlər.
 

Adadakı 4 villanın hər birində 4 yataq otağı, 20 metrlik şəxsi hovuz, idman zalı, yoqa pavilyonları və okeana mənzərəli geniş teraslar var. Villaların hər birinin qiyməti 18 milyon dollar kimi dəyərləndirilir.


Satış prosesini kriptovalyuta sahibləri üçün qapalı klub olan Corn həyata keçirir. Alıcılar USDC steyblkoinləri vasitəsilə adanı adi dollara dəyişmədən birbaşa ala bilərlər.

Bütün adanı almaq istəməyənlər üçün eyni kompleksdə 7,3 milyon dollardan başlayan sahilboyu villalar da təklif olunur.

Kompleks otel, şəxsi Yaxta marinası, qolf meydançası, restoranlar və sağlamlıq mərkəzini birləşdirən irimiqyaslı layihədir.








Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑