Dünya · Bizim.Media

Kallas Putinin G20 sammitinə dəvət olunmasını kəskin tənqid etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kallas Putinin G20 sammitinə dəvət olunmasını kəskin tənqid etdi xəbəri üçün şəkil

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putinin dekabrda ABŞ-da keçiriləcək G20 sammitinə dəvət olunmasına qarşı çıxıb.

Bizim.Media xəbər verir ki, Kallas “Bloomberg”ə müsahibəsində belə bir dəvətin Ukraynada davam edən müharibə fonunda hərbi cinayətlərin normallaşdırılması riskini yaratdığını bildirib.

O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Atlantada keçirilən G20 toplantısındakı davranışını da tənqid edərək, onun konstruktiv mövqe nümayiş etdirmədiyini vurğulayıb.
 

Kallas hesab edir ki, Moskvanın sülh niyyəti sözlərlə deyil, əməllərlə qiymətləndirilməlidir. Onun sözlərinə görə, Rusiya həqiqətən sülh istəyirsə, ilk növbədə mülki insanları öldürməyi dayandırmalıdır.


Qeyd edək ki, G20 sammiti dekabrın 14-15-də Floridanın Mayami şəhərində keçiriləcək. ABŞ Putinə rəsmi dəvət göndərib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑