İdman · Bizim.Media

İspaniya futbolunda daha bir dəhşət - Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniya futbolunda daha bir dəhşət - Video xəbəri üçün şəkil

İspaniya 2-ci liqasında mübarizə aparan “Albacete” və “Sabadell” komandalarının görüşündə qorxulu anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, “Albacete” klubunun futbolçusu Xose Korpas oyun epizodlarının birində rəqibi Kvadri Liamidin başına sərt təpik zərbəsi endirib.

Meydanda huşunu itirən Liamid dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya qaldırılıb. Xose Korpas qeyri-insani hərəkətinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Xəstəxanaya yerləşdirilən Kvadri Liamidin sağlamlıq vəziyyəti ilə bağlı hələlik rəsmi və dəqiq məlumat verilməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl İspaniya La Liqa 2-də qapıçı Ovono tərəfindən başından zərbə alan Xesus de Migel faciəvi şəkildə həyatını itirmişdi.

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑