UEFA Çempionlar Liqasında "Fənərbaxça"ya 2:3 hesabı ilə uduzan "Liverpul"un uğursuz nəticələr seriyası bir daha diqqət mərkəzinə gəlib.
“Yeni Sabah” xəbər verir ki, İstanbulda keçirilən gərgin qarşılaşmada üstünlüyü qoruya bilməyərək xalsız qalan mersisaydlılar bu şəhərdəki prioritet matçlarda ənənəvi çətinliklərini təkrar yaşayıblar.
İngiltərə nəhənginin İstanbul kabusu yalnız son matçla məhdudlaşmır. "Liverpul" ötən mövsüm də Çempionlar Liqası çərçivəsində keçirilən İstanbul səfərində "Qalatasaray"a 0:1 hesabı ilə mağlub olaraq meydanı xalsız tərk etmişdi. Dördpendirli pizza
Komandanın daha əvvəlki illərdə "Qalatasaray"a qarşı səfərdə 2:3 hesabı ilə uduzduğu (2007) oyun da daxil olmaqla, Türkiyə klubları ilə matçlardakı mənfi statistikası diqqət çəkir.
Nazim Hacıyev


