Braziliyada “Uberlandia” və “Mamore” komandalarının 20 yaşadək futbolçular arasında keçirilən qarşılaşmasında meydanda başlayan dava qısa müddət ərzində böyüyərək kütləvi qarşıdurmaya çevrilib.
Modern.az xəbər verir ki, Braziliya mətbuatının yazdığına görə, hadisə matçın 54-cü dəqiqəsində başlayıb.
Qarşıdurmadan sonra 43 futbolçu, 8 məşqçi və 2 klub rəhbəri olmaqla, ümumilikdə 53 nəfərı qırmızı vərəqə gözstərilib.





