İdman · İdman.biz

“DH Volley” Avropa kubokunda növbəti mərhələnin bir addımlığında

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“DH Volley” Avropa kubokunda növbəti mərhələnin bir addımlığında xəbəri üçün şəkil

Qadın voleybolçulardan ibarət Azərbaycanın “DH Volley” komandası bu gün CEV Çelenc Kubokunda növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisi turnirin 1/32 final mərhələsinin cavab qarşılaşmasında Danimarkanın “Holte IF” komandası ilə üz-üzə gələcək.

Bakıdakı Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Azərbaycan təmsilçisi cavab matçına üstünlüklə çıxacaq. Belə ki, oktyabrın 27-də Danimarkada keçirilən ilk oyunda “DH Volley” rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Həmin görüşdə komandamız ilk iki seti 25:14 və 26:24 hesabları ilə qazanıb. Üçüncü setdə 22:25 hesabı ilə uduzan Azərbaycan təmsilçisi dördüncü hissədə 25:22 hesablı üstünlüklə yekun qələbəni təmin edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑