İdman · Futbolpress.az

Botheym: “Sabah”a qarşı oynamaq çətin idi”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Botheym: “Sabah”a qarşı oynamaq çətin idi” xəbəri üçün şəkil

Norveçin “Bodo-Qlimt” komandasının futbolçusu Erik Botheym Çempionlar Liqasında “Sabah”a qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşdə dubl edən hücumçu 4:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Fantastik oyun oldu. Çox güclü komandaya qalib gəldik. “Sabah”a qarşı oynamaq çətin idi. Onların hücumda keyfiyyətli futbolçuları var və təhlükəli əks-hücumlar yarada bilirlər. Meydanda sonra qədər mübarizə apardıq və şanslarımızı maksimum dəyərləndirdik”.

Təmsilçimiz 4 turdan sonra 3 xalla turnir cədvəlində 36 komanda arasında 31-ci sıradadır. “Vikinq” isə 4 xalla 22-ci pillədə qərarlaşıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑