Dünya · Bizim.Media

Fransada etirazlarda 500 minə yaxın nəfər iştirak edib - 779 nəfər tutulub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada etirazlarda 500 minə yaxın nəfər iştirak edib - 779 nəfər tutulub xəbəri üçün şəkil

Fransada oktyabrın 31-də və Hellouin gecəsi keçirilən etiraz aksiyaları zamanı polis 779 nəfəri saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Daxili işlər naziri Loran Nunes bildirib ki, kütləvi aksiyalar ümumilikdə sakit keçib və axşam saatlarının ikinci yarısında ciddi insidentlər qeydə alınmayıb.
 

Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə nümayişlərdə 320 mindən 500 minədək insan iştirak edib. Nazir hakimiyyətin vəziyyətin inkişafını diqqətlə izləməyə davam edəcəyini bildirib.


Bununla yanaşı, oktyabrın 31-də keçirilən aksiya zamanı naməlum şəxslərin jandarmlara yandırıcı qarışıq olan butulka atmasından sonra Parisdə qəsdən adam öldürməyə cəhd şübhəsi ilə istintaqa başlanılıb.

Davam edən sosial narazılıq fonunda məktəbli və tələbə həmkarlar ittifaqları çərşənbə axşamı və cümə axşamı lisey və universitetlərdə yeni blokadalar keçirməyə çağırıblar. Yaxın günlərdə etirazların davam edəcəyi gözlənilir.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑