İndoneziyanın şimalında, Sulavesi adasındakı Minahasa yarımadası yaxınlığında 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 144 min nəfərin yaşadığı Qorontalo şəhərindən 154 kilometr qərbdə, ocağı isə 184 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
Bizim.Media






