Dünya · Bizim.Media

Ağ Evdə Hellouin bayramı maraqlı anlarla yadda qaldı - Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ağ Evdə Hellouin bayramı maraqlı anlarla yadda qaldı - Video xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Ağ Evdə Hellouin bayramını qeyri-adi sürprizlərlə qeyd ediblər. Uşaqlara Trampın avtoqrafı olan şokoladlar paylanıb, qonaqların başı üzərindən isə prezident təyyarəsi uçub.

Bizim.Media xəbər verir ki, bayramın diqqətçəkən iştirakçıları arasında sovet tankçısı formasında geyinmiş oğlan və rus milli geyimində olan qız da olub. Onların fotoları sosial şəbəkələrdə geniş yayılıb.

Digər uşaqlar arasında Trampın portretləri olan pijama geyinmiş, ABŞ-ın qurucu atalarından birinin obrazını canlandırmış və çürümüş banan kostyumu seçmiş iştirakçılar da olub.

Uşaqlara ABŞ prezidentinin möhürü, Donald və Melaniya Trampın qızılı rəngli imzaları olan xüsusi qablaşdırmada böyük “Hershey” şokoladları verilib.

Bayramın daha bir sürprizi isə “Air Force One” prezident təyyarəsinin Ağ Evin üzərindən uçması olub.



Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑